Mayın sonunda Minsk şəhərində Azərbaycan Ticarət Evinin açılış mərasimi keçiriləcək. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə İqtisadiyyat Nazirliyindən məlumat verilib.
“Mayın 26-da iqtisadiyyat naziri Şahin Mustafayevin rəhbərliyi ilə nümayəndə heyəti Ticarət Evinin açılışında iştirak etmək məqsədilə Belarusa səfər edəcək”, - deyə məlumatda deyilir.
Ticarət Evində Azərbaycan istehsalçılarının məhsullarının daimi sərgisi təşkil olunacaq. **
A.Axundov