V İslam Həmrəyliyi Oyunları 2021-ci ildə Türkiyədə keçiriləcək. Bunu Türkiyənin gənclər və idman naziriAkif Çağatay Kılıç jurnalistlərə bəyan edib.
Onun sözlərinə görə, İƏT Gənclər Forumunun gənclər və idman nazirlərinin ilk iclasında bu barədə qərar qəbul olunub.
Nazir bildirib ki, həmçinin 3 sentyabr tarixinin İƏT-ə üzv-ölkələrin Gənclər Günü elan edilməsinə dair qərar qəbul edilir.
12-22 may tarixlərində Bakıda IV İslam Həmrəyliyi Oyunları keçiriləcək. **
F.İsazadə