Ötən gün Azərbaycan ərazisində baş vermiş 5 yol-nəqliyyat hadisəsi nəticəsində 1 nəfər həlak olub, 7 nəfər xəsarət alıb. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə Daxili İşlər Nazirliyindən məlumat verilib.
Qeyd olunan dövrdə 111 cinayət faktı qeydə alınıb, onların 22-si “isti izlər”lə açılıb.
Cinayət törətdiklərinə görə 83 nəfər tutulub.
Həmçinin narkotiklərlə əlaqəli 8, qanunsuz saxlanılan silah-sursatla bağlı 1 fakt müəyyən edilib.**
R.Babayev