Azərbaycan Beynəlxalq Bankı (ABB) $3 mlrd. 337 mln. 105,084 min ümumi məbləğdə öhdəlikləri restrukturizasiya etməyi planlaşdırır. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə bankdan məlumat verilib.
Bütövlükdə, ödəniş müddəti 2025-ci ilin iyun ayında bitəcək 35 öhdəliyin təkrar strukturlaşması nəzərdə tutulur.
Bundan başqa, ABB ARDNF-nin ödəniş müddəti 2017-ci ilin may və 2018-ci ilin may ayında bitəcək (hər biri $500 mln.) $1 mlrd. ümumi məbləğində iki depozitini restrukturizasiya etmək niyyətindədir.
Təkrar strukturlaşdırmağa planlaşdırılan öhdəliklər arasında $500 mln. dəyərində avrobondlar (ödəniş müddəti 2019-cu ilin iyun ayında bitir), $205 mln. məbləğində sindikatlaşdırılmış kredit (ödəniş müddəti 2017-ci ilin oktyabr ayında başa çatır), “Emerald”dan $250 dəyərində kredit var (ödənişi 2024-cü ilin oktyabr ayında bitir).
Bank tərəfindən restrukturizasiya olunacaq öhdəliklərin əksər sayı 2017-2019-cu illərin payına düşür (29 öhdəlik). **
A.Əzizov