30-31 may tarixində Bakıda”InvestPro” Azərbaycan 2017 V illik beynəlxalq konfransı keçiriləcək. Bu barədə tədbirin təşkilatçısı “Bosco Conference” şirklətindən məlumat verilib.
“InvestPro”nun məqsədi - Azərbaycan biznesinin TOP-menecmentinin bütün dünya üzrə aparıcı innovativ və konsaltinq şirkətlərinin nümayəndələri ilə görüşün təşkilidir”, - deyə məlumatda deyilir.
Xüsusilə, konfransda Azərbaycanda investisiya və sahibkarlıq mühitinin yaxşılaşdırılması, ölkədə qanunvericiliklə şirkətlərin qeydiyyata alınması, ləğv edilməsi və birləşməsi məsələləri, turizm sənayesinə sərmayələrin yatırılması müzakirə olunacaq.
Bundan başqa, konfransın proqramına beynəlxalq kapital qoyuluşu, biznes immiqrasiya, beynəlxalq vergitutma, wealth management və aktivlərin qorunması, beynəlxalq strukturların qurulması və s. mövzuların müzakirəsi daxildir. **
A.Əzizov