2017-ci ilin yanvar-aprel aylarında Azərbaycan əhalisi ticarət obyektlərindən 10 mlrd. 225,7 manatlıq istehlak malları alıb ki, bu da ötən ilin müvafiq dövrünün göstəricisindən 1,7% çoxdur. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə Dövlət Statistika Komitəsindən (DSK) məlumat verilib.
Hesabat dövründə əhali ticarət obyektlərindən 4 mlrd. 617,7 mln. manatlıq ərzaq (2016-cı ilin yanvar-aprel ayları ilə müqayisədə artım 0,6%), 5 mlrd. 607,8 mln. manatlıq qeyri-ərzaq malları (artım 2,7 %) alıb.
Yanvar-aprel ayları ərzində istehlakçıların pərakəndə ticarət şəbəkələrində xərclədiyi vəsaitin 45,2 %-i ərzaq məhsulları, 5,4%-i içkilər və tütün məmulatlarının, 17,7%-i toxuculuq məhsulları, geyim və ayaqqabıların, 6,4%-i elektrik malları və mebelin, 4,9%-i avtomobil yanacağının, 1,3%-i əczaçılıq və tibbi malların, 0,9%-i mebbellərin, 0,8%-i kompüterlər, telekommunikasiya avadanlıqları və çap məhsullarının, 18,3%-i isə digər qeyri-ərzaq məhsullarının alınmasına sərf olunub.
Ticarət şəbəkəsində bir ölkə sakini orta hesabla yanvar-aprel aylarında 133,2 manatlıq ərzaq məhsulları, içkilər və tütün məmulatları, 130,3 manatlıq qeyri-ərzaq məhsulları alıb. **
N.Abbasova