İstirahət günlərində Azərbaycan ərazisində baş vermiş 10 yol-nəqliyyat hadisəsi nəticəsində 3 nəfər həlak olub, 8 nəfər yaralanıb. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə Daxili İşlər Nazirliyindən məlumat verilib.
Şənbə və bazar günlərində 149 cinayət faktı qeydə alınıb, onların 24-ü “isti izlər”lə açılıb.
Cinayət törətdiklərinə görə 45 nəfər tutulub.
Həmçinin narkotiklərlə əlaqəli 10, qanunsuz saxlanılan silah-sursatla bağlı 1 fakt müəyyən edilib.*
R.Babayev