2017-cı ilin yanvar-aprel aylarında Azərbaycanda neft hasilatı ötən ilin müvafiq dövrünün göstəricisi ilə müqayisədə 9,5% azalıb. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə Dövlət Statistika Komitəsindən məlumat verilib.
Bu ilin yanvar-aprel aylarında qaz hasilatı ötən ilin müvafiq dövrünün göstəricisi ilə müqayisədə 0,2% azalıb.
2016-cı ildə Azərbaycanda 41 mln. 29,5 min ton neft (qaz kondensatı da daxil olmaqla), 29 mlrd. 331,3 mln. kubmetr qaz hasil edilib.
Energetika Nazirliyi 2017-ci ildə respublikada neft hasilatını 40 mln. ton, qaz hasilatını 29 mlrd. 561 mln. kubmetr səviyyəsində proqnozlaşdırır.*
N.Abbasova