Azərbaycan idmançıları 3 gün ərzində "Baku-2017": IV İslam Həmrəyliyi Oyunlarında 68 medal qazanıblar.
İdmançılarımızın aktivində 33 qızıl, 23 gümüş və 12 bürünc medal var.
Mayın 15-də Azərbaycan idmançıları 9-u qızıl, 6-sı gümüş, 3-ü isə bürünc olmaqla 18 medal qazanıblar.
Azərbaycan yığması ümumi komanda hesabında ikinci yerdədir.
1-ci yerdə aktivində 92 medalla Türkiyə yığması, 3-cü yerdə isə 30 medalla Özbəkistan yığması qərarlaşıb.
Ümumilikdə Oyunların ilk 3 günü ərzində 24 ölkənin idmançıları medal qazanıblar.*
F.İsazadə