Prezident İlham Əliyev Azərbaycan Respublikası Hökuməti ilə Pakistan İslam Respublikası Hökuməti arasında enerji sahəsində əməkdaşlıq haqqında imzalanmış sazişi təsdiq edib. Bu barədə dövlət başçısının saytında məlumat verilir.
Energetika Nazirliyinə saziş qüvvəyə mindikdən sonra onun müddəalarının həyata keçirilməsini təmin etmək tapşırılıb.
Xarici İşlər Nazirliyi isə sazişin qüvvəyə minməsi üçün zəruri olan dövlətdaxili prosedurların yerinə yetirildiyi barədə Pakistan İslam Respublikası Hökumətinə bildiriş göndərməlidir.*
F.İsazadə