Azərbaycan Beynəlxalq Bankının (ABB) reytinqlərinin aşağı düşməsi müvəqqəti xarakter daşıyır. Bankın İdarə Heyətinin sədri Xalid Əhədov belə hesab edir.
“Adətən, restrukturizasiya prosesi dövründə maliyyə qurumlarının reytinqləri qısa müddətdə aşağı düşür və proses başa çatdıqdan sonra reytinqlər yenidən bərpa olunur”, - deyə bankın məlumatında X.Əhədova istinadən bildirilir.
Qeyd edək ki, Azərbaycan Beynəlxalq Bankının sağlamlaşdırılması prosesinin növbəti mərhələsində bankın xarici kreditorlar qarşısındakı öhdəliklərinin könüllü restrukturizasiyasına başlanıldıqdan sonra “Fitch” və “Moody’s” beynəlxalq reytinq agentlikləri ABB-nin reytinqlərinə yenidən baxıb. “Fitch” bankın reytinqini ССС səviyyəsində elan edib. “Moody’s” isə banka Caa3 reytinqini verib.*
A.Axundov