İsveçli parlamentar Marqareta Sederfelt Avropa Şurası Parlament Assambleyasını Qarabağ münaqişəsinin həll mexanizmlərinin tam potensialından istifadə etməyə çağırır.
AŞPA-nın iyulun 5-9-da Minskdə keçiriləcək illik sessiyasında M.Sederfeltin iyulun 6-da “ATƏT regionunda sülh və rifah naminə qarşılıqlı inamın və əməkdaşlığın artırılması” adlı hesabatı və qətnamə layihəsi müzakirə olunacaq. Qurumun saytında verilən məlumata görə, sənədə Siyasi məsələlər və Təhlükəsizlik üzrə baş komitənin iclasında baxılacaq.
“Minsk qrupu və fəaliyyətdə olan sədrin şəxsi nümayəndəsi Anjey Kaspşik vasitəsilə ATƏT regionda vəziyyəti stabilləşdirmək və hərtərəfli sülh sazişi istiqamətində iş aparmaq üçün Parlament Assambleyası da daxil olmaqla, münaqişənin həll mexanizmlərinin tam potensialından istifadə etməlidir. Biz münaqişənin həlli istiqamətində irəliləyişin olmamasına təəssüf edirik. Növbəti hərbi toqquşmalar və təmas xəttində yeni eskalasiya yaşamamaq üçün tərəflər danışıqlar masasına qayıtmalıdır. İştirakçı ölkələr diplomatik danışıqlara və dialoq təşəbbüsünə mane ola biləcək təktərəfli qərar və zorakılıqlardan çəkinməlidir”,- deyə hesabatda bildirilir.*
F.İsazadə