2017-ci ilin yanvar-mart aylarında Azərbaycana pul köçürmələrinin həcmi $140,5 mln. təşkil edib ki, bu da ötən ilin müvafiq dövrünün göstəricisindən 21,6% azdır. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə Mərkəzi Bankdan (AMB) məlumat verilib.
"Tərəfdaş ölkələrdə iqtisadi vəziyyət respublikaya pul köçürmələrinin həcminə təsir edib. İlkin qiymətləndirmələrə görə, 2017-ci ilin yanvar-mart aylarında onların həcmi 2016-cı ilin müvafiq dövründə qeydə alınmış $179,2 mln.-a qarşı $140,5 mln. təşkil edib", - deyə məlumatda bildirilir.
2016-cı ildə Azərbaycana pul köçürmələrinin həcmi $564,1 mln., 2015-ci ildə $1 mlrd. 183 mln. təşkil edib.*
A.Axundov