Azərbaycan idmançıları 4 gün ərzində "Baku-2017": IV İslam Həmrəyliyi Oyunlarında 81 medal qazanıblar.
İdmançılarımızın aktivində 41 qızıl, 24 gümüş və 16 bürünc medal var.
Mayın 16-da Azərbaycan idmançıları 8-i qızıl, 1-i gümüş, 4-ü isə bürünc olmaqla 13 medal qazanıblar.
Azərbaycan yığması ümumi komanda hesabında ikinci yerdədir.
1-ci yerdə aktivində 115 medalla Türkiyə yığması, 3-cü yerdə isə 37 medalla İran yığması qərarlaşıb.
Ümumilikdə Oyunların ilk 4 günü ərzində 28 ölkənin idmançıları medal qazanıblar.*
R.Babayev