10 aprel-10 may tarixlərində Bakıda keçirilən ticarət festivalının iştirakçılarına Vergilər Nazirliyi tərəfindən 1 mln. 533 min manat vəsait qaytarılıb. Bu barədə «Vergiler» qəzetində dərc olunmuş məlumatda deyilir.
«Festival çərçivəsində dövriyyənin ümumi məbləği 15 mln. 471,805 min manat, alıcılara qaytarılmış məbləğ isə 1 mln. 533,005,7 min manat təşkil edib», - deyə məqalədə bildirilir.
Ticarət festivalı ərzində alınmış mallara görə 172 obyektdə 22,112 min elektron vergi hesab-fakturası tərtib edilib, onlardan da 20,853 mini Vergilər Nazirliyinin ƏDV köşklərində təsdiqlənib. Təsdiqlənmiş hesab-fakturaların 19,119 mini Azərbaycan vətəndaşları, 1734-ü isə əcnəbilər tərəfindən təqdim olunub.
“Mal alarkən ticarət festivalını deyil, «tax free» sistemini seçmiş əcnəbilərə ümumi məbləği 2 mln. 696 min 087,3 min manat olan 1130 elektron vergi hesab-fakturası təqdim olunub”, - deyə məqalədə qeyd edilir.*
A.Axundov