SOCAR “Neft Daşları” yatağındakı quyuda qazma işlərinə başlayıb. Bu barədə şirkətin saytında məlumat verilir.
Layihə dərinliyi 1900 metr olan 2644 nömrəli quyu 1637A saylı estakadayanı meydançadan qazılır.
Geoloqların hesablamalarına əsasən, quyudan sutkada 10 ton neft və 1000 kubmetr qaz hasil olunacağı nəzərdə tutulur.*
N.Abbasova