Bakı hələlik 2018-ci ildə Yay Olimpiya Oyunlarının keçirilməsi üçün sifarişin verilməsi ilə bağlı qərar qəbul etməyib. Bu barədə gənclər və idman naziri Azad Rəhimov bəyan edib.
“Bakının 2018-ci ildə Yay Olimpiya Oyunlarına ev sahiblik etməsi üçün namizədliyinin irəli sürülməsi barədə danışmaq tezdir”, - deyə A.Rəhimov “İnterfaks-Azərbaycan” agentliyinin sualını şərh edərkən bildirib.
Xəbər verildiyi kimi, 2015-ci ildə Bakı “Olimpiada-2024” ilə bağlı sifarişin verilməməsini məqsədəuyğun saydı. Səbəb digər irimiqyaslı yarışlara - “Baku-2017” IV İslam Həmrəylik Oyunları, “F-1” Kral yarışları və Şahmat Olimpiadasına hazırlıqla əlaqədar olub.
“Olimpiada-2018”-nin keçirilməsinə sifarişlərin qəbulu kampaniyası hələ başlamayıb. Tədbirin keçiriləcəyi şəhərin adı 2021-ci ildə məlum olacaq. **
F.İsazadə