2017-ci ilin yanvar-aprel aylarında Azərbaycanda neft hasilatı (qaz kondensatı da daxil olmaqla) 12 mln. 642 min ton təşkil edib ki, bu da 2016-cı ilin analoji dövrünün göstəricisindən 9,5% azdır. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə Dövlət Statistika Komitəsindən məlumat verilib.
Yanvar-aprel aylarında respublikada 12 mln. 628,1 min ton əmtəə nefti (azalma 9,5%) hasil olunub.
Hesabat dövründə 9 mlrd. 245,4 mln. kubmetr qaz (azalma 6,9%) hasil olunub, əmtəə qazının hasilat həcmi isə 6 mlrd. 284,8 mln. kubmetr (azalma 0,2%) təşkil edib.
2016-cı ildə Azərbaycanda qaz kondensatı da daxil olmaqla, neft hasilatı 41 mln. 29,5 min ton, qaz hasilatı 29 mlrd. 331,3 mln. kubmetr təşkil edib.
Energetika Nazilriyi 2017-ci ildə Azərbaycanda neft hasilatını 40 mln. ton, qaz hasilatını 29 mlrd. 561 mln. kubmetr səviyyəsində proqnozlaşdırır.*
N.Abbasova