Ermənistan silahlı qüvvələrinin bölmələri cəbhə xəttinin Ağdam istiqamətində 3 kəndi atəşə tutublar. Bu barədə Ağdam Rayon İcra Hakimiyyətinin başçısı Raqub Məmmədov yerli mətbuata məlumat verib.
“Erməni silahlı birləşmələri işğal altındakı ərazilərdən rayonun Aşağı Qərvənd, Əhmədağalı və Təzəkənd kəndlərinin əkin sahələrini minaatanlardan atəşə tutublar. Hadisə nəticəsində Təzəkənd kəndinə gedən 10 min voltluq elektrik xətti qırılıb”, - deyə R.Məmmədov qeyd edib.
O vurğulayıb ki, gecə saatlarında xətt bərpa edildi və kənd elektrik enerjisilə təmin olundu. **
F.İsazadə