Rusiyalı politoloq Oleq Kuznetsovun təşəbbüsü ilə Rusiya Dövlət Duması və Rusiya Federal Məclisinin Federasiya Şurasına ünvanlanan Xocalı soyqırımı petisiyası 20 minə yaxın imza toplayıb.
“Bu günə petisiyada 19 min imza toplanıb. Əfsuslar olsun ki, bu proses kifayət qədər fəal deyil”, - deyə O.Kuznetsov bu gün Bakıda mətbuat konfransında bəyan edib.
Onun rəyinə görə, sənəd Rusiya Dövlət Duması tərəfinsən baxılması üçün ən azı 100 mindən çox imza toplamalıdır.
“100 min imza Azərbaycan əhalisinin 1%-ni təşkil edir. Əgər kifayət sayda imza toplanarsa, o zaman Xocalı soyqırımına dair məsələnin Rusiya Dövlət Dumasında müzakirəsinə nail ola bilərik, bu da mühüm hadisədir. Dünyada daha çox sayda insanların bu faciə barədə məlumatı olması üçün bu zəruridir”, - deyə O.Kuznetsov qeyd edib.
“Vəzifəmiz Rusiya Dövlət Dumasında qərarın qəbul edilməsi deyil. Məqsədimiz soyqırım olub və ya olmamasına dair parlament dinləmələrə təşəbbüs etməkdir. Artıq o zaman hüquqi sübutlar hazırlanmalıdır”, - deyə o əlavə edib. **
R.Babayev