BakıApellyasiya Məhkəməsi "Sülh və Demokratiya İnstitutu"nun direktoru Leyla Yunus və həyat yoldaşı, həmin institutun Konfliktologiya şöbəsinin rəhbəri Arif Yunusun məhkəməyə məcburi gətirilməsi barədə qərar çıxarıb. Bu barədə yerli KİV xəbər yayıb.
Məlumata görə, bu gün BakıApellyasiya Məhkəməsində Leyla Yunus və Arif Yunusun barəsində hökmdən verilmiş apellyasiya şikayəti üzrə məhkəmə prosesi keçirilib. Yunusların vəkili bildirib ki, onlar Niderlandda müalicə aldıqları üçün iclaslara gələ bilmirlər. Vəkil onların internet vasitəsi ilə məhkəmə prosesinə qoşulmalarının təmin edilməsini xahiş edib.Vəsatət təmin olunmayıb. Hakim onların iclasa məcburi qaydada gətirilmələri haqqında qərar verib.
Proses mayın 31-də davam edəcək.*
F.İsazadə