Ötən gün Azərbaycan ərazisində baş vermiş 3 yol-nəqliyyat hadisəsi nəticəsində 3 nəfər xəsarət alıb. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə Daxili İşlər Nazirliyindən məlumat verilib.
Qeyd olunan dövrdə 101 cinayət faktı qeydə alınıb, onların 21-si “isti izlər”lə açılıb.
Cinayət törətdiklərinə görə 49 nəfər tutulub.
Həmçinin narkotiklərlə əlaqəli 14 fakt müəyyən edilib.*
R.Babayev