Azərbaycanda toxumların istehsalı və emalı zavodlarının inşası planlaşdırılır. Bu barədə kənd təsərrüfatı naziri Heydər Əsədov bu gün jurnalistlərə bildirib.
“İlin sonuna qədər tərəvəz və kartof toxumlarının istehsalında ixtisaslaşan iri müəssislərin istifadəyə veriləcək. Gələcəkdə toxumların istehsalı və emalı zavodlarının tikintisini planlaşdırırıq”, - deyə nazir Bakıda 23-cü Azərbaycan Beynəlxalq Qida Sənayesi “WorldFood Azerbaijan 2017” sərgi çərçivəsində qeyd edib.
Onun sözlərinə görə, nazirlik ölkənin bir sıra regionlarında tədqiqat institutları nəzdində toxumların qəbulu məntəqələrinin inşasına başlayıb. Onların bəziləri artıq hazırdır.
“Bu il Azərbaycanın ASK sektorunun qarşısında duran əsas məqsəd toxumların istehsalının inkişafıdır”, - deyə H.Əsədov vurğulayıb.
Nazir həmçinin bildirib ki, 2017-ci ilin yanvar-aprel aylarında ASK məhsullarının ixracı ötən iln analoji dövrünün göstərici ilə müqayisədə 44% artıb. Onun sözlərinə görə, meyvə-tərəvəz məhsullarının ixracında əsasən artım qeydə alınıb. **