Azərbaycan 2017-ci ilin birinci rübündə 7 mln. 951,3 min ton neft ixrac edib ki, bu da ötən ilin analoji dövrünün göstəricisindən 10,2% azdır. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə hökumətdən məlumat verilib.
“Hesabat dövrü ərzində Azərbaycandan ixrac olunan neftin ümumi dəyəri $2 mlrd. 932 mln. 393,7 min (artım 46,1%) təşkil edib”, - deyə hökumətdən qeyd ediblər.
2017-ci ilin birinci rübündə ixrac edilmiş $1 mlrd. 988 mln. 124,6 min məbləğində neftin bəyan edilmiş həcmi 4 mln. 867 min ton təşkil edib.
2016-cı ildə Azərbaycandan 35 mln. 30,3 min ton neft ixrac olunub, bud a 2015-ci ilin göstəricisindən 0,2% azdır. **
N.Abbasova