Yaponiyanın Azərbaycanda yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Teruyuki Katori respublika ilə hərbi sahədə əlaqələrin yaradılması üçün səylərini əsirgəməyəcəyini vəd edir. Bu barədə Müdafiə Nazirliyinin məlumatında deyilir.
Mayın 17-də müdafiə naziri general-polkovnik Zakir Həsənov səfir T.Katori ilə görüşüb.
“Diplomat Azərbaycan-Yaponiya münasibətlərinin inkişafı, xüsusilə hərbi sahədə əlaqələrin yaradılması üçün səylərini əsirgəməyəcəyini qeyd edib”, - deyə məlumatda bildirilir.
Görüşdə tərəflər bölgədəki hərbi-siyasi vəziyyət, regional təhlükəsizlik və digər istiqamətlər üzrə tərəfdaşlıq məsələlərinə dair fikir mübadiləsi aparıblar.*
F.İsazadə