2017-ci ilin yanvar-aprel aylarında Azərbaycan əhalisinin nominal pul gəlirləri 14 mlrd. 655,6 mln. manat təşkil edib ki, bu da 2016-cı ilin analoji dövrünün göstəricisindən 6,8% çoxdur. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə Dövlət Statistika Komitəsindən (DSK) məlumat verilib.
Aprelin yekunları üzrə orta illik inflyasiya 13,5% təşkil edib.
Statistik məlumatlara görə, hesabat dövründə əhalinin hər nəfərinə düşən nominal pul gəlirləri 5,7% - 1,51 min manatadək artıb.
Bu dövrdə bütün vergilər ödənildikdən və digər icbari ödənişlər həyata keçirildikdən sonra əhalinin sərəncamında 13 mlrd. 409,5 mln. manat qalır ki, bu da 2016-cı ilin yanvar-aprel aylarının göstəricisindən 6,9% çoxdur.
2016-cı ildə əhalinin nominal pul gəlirləri 8,7% artıb.**
A.Axundov