2017-ci ilin yanvar-aprel aylarında Azərbaycanda istismara verilən mənzillərin ümumi sahəsi 506,5 min kvadratmetr təşkil edib ki, bu da ötən ilin analoji dövrünün göstəricisindən 14,2% çoxdur. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə Dövlət Statistika Komitəsindən məlumat verilib.
Ötən ay ümumi sahəsi 121 min kvadratmetr olan yaşayış yerləri istismara verilib.
Statistik məlumatlara əsasən, yanvar-aprel aylarında mənzil tikintisinə investisiya qoyuluşları 220,1 mln. manat (artım 27,5%), o cümlədən martda 43,7 mln. manat təşkil edib.
Xəbər verildiyi kimi, 2016-cı ildə Azərbaycanda istismara verilən mənzillərin ümumi sahəsi 1 mln. 677,1 min kvadratmetr təşkil edib ki, bu da 2015-ci ilin göstəricisindən 13,2% azdır.*
A.Axundov