Prezident İlham Əliyev mayın 17-də Bakı Ekspo Mərkəzində XXIII Azərbaycan Beynəlxalq Qida Sənayesi “WorldFood Azerbaijan 2017” və XI Azərbaycan Beynəlxalq Kənd Təsərrüfatı “CaspianAgro 2017” sərgiləri ilə tanış olub. Bu barədə dövlət başçısının saytında məlumat verilir.
Kənd təsərrüfatı naziri Heydər Əsədov prezident İ.Əliyevə sərgilərlə bağlı məlumat verib. Bildirilib ki, sərgilərdə dünyanın 28 ölkəsini təmsil edən 331 şirkət iştirak edir. Bu şirkətlərin 70%-i xarici eksponentlər, 30%-i isə yerli şirkətlərdir.*
N.Abbasova