Azərbaycan idmançıları 5 gün ərzində "Baku-2017": IV İslam Həmrəyliyi Oyunlarında 99 medal qazanıblar.
İdmançılarımızın aktivində 50 qızıl, 29 gümüş və 20 bürünc medal var.
Mayın 17-də Azərbaycan idmançıları 9-u qızıl, 5-i gümüş, 4-ü isə bürünc olmaqla 18 medal qazanıblar.
5 günün nəticələrinə görə Azərbaycan yığması ümumi komanda hesabında ikinci yerdədir.
1-ci yerdə aktivində 137 medalla (54-45-38) Türkiyə yığması, 3-cü yerdə isə 54 medalla (14-17-23) İran yığması qərarlaşıb.
Ümumilikdə Oyunların ilk 5 günü ərzində 33 ölkənin idmançıları medal qazanıblar.*
R.Babayev