Rusiya ümid edir ki, Xəzəryanı ölkələrindövlətbaşçılarınınV sammitində Xəzər dənizinin hüquqi statusuna dair Konvensiya imzalanacaq. Bu barədə Rusiya XİN başçısının müavini Qriqori Karasin bəyan edib.
“Azərbaycan, İran, Qazaxıstan, Türkmənistandakı səfirlərimizin və XİN-in mərkəzi aparatının müvafiq istiqamətlərə görə məsul əməkdaşlarının Həştərxanda keçirilən müşavirəsi zamanı vəziyyətin ətraflı təhlili aparılıb. Əsas nəticə Konbesiya üzərində işi başa çatdırmaq və Qazaxıstanın ev sahibliyi edəcəyi V sammitdə onu imzalamaqdan ibarətdir”, - deyə Q.Karasin “Kommersant” qəzetinə müsahibəsində deyib.
Diplomat qeyd edib ki, XİN başçılarının ötən il keçirilən görüşündə yekun mətnə yaxınlaşmaq mümkün olub.
“Bu, 2014-cü ildə prezidentlərin Həştərxan qərarları və tərəflərin, xüsusilə Rusiyanın biri-birinə yardım etymək hazırlığı sayəsində mümkün olub”, - deyə o vurğulayıb.
Q.Karasinin sözlərinə görə, əksər müddəaları artıq razılaşdırılan gələcək Konvensiyada sahilyanı ölkələrin tələbatları balanslaşdırlıb, heç birinin milli maraqları məhdudlaşdırılmır.
O həmçinin bildirib ki, Xəzryanı dövlətlər Xəzərin dibi ilə bri kəmərinin çəkilməsinin formulası üzərində işləyirlər.
Q.Karasin qeyd edib ki, Konvensiyada hansı məsələlərin bütün tərəflərlə, hansıların iki və ya üçtərəfli əsasda müzakirəsinin vacib olduğu aydın şəkildə göstərilib. **
F.İsazadə