Azərbaycan prezidenti İlham Əliyev Cinayət Məcəlləsi və İnzibati Xətalar Məcəlləsinəqanunsuz satınalmalarına görə sanksiyaların tətbiqini nəzərdə tutan dəyişiklikləri təsdiq edib. Bu barədə rəsmi mətbuatda məlumat verilir.
Cinayət Məcəlləsinə düzəlişlər satınalma prosedurları keçirilmədən dövlət vəsaitlərinixərcləmə və ya dövlət satınalmalarını qanunsuz keçirməsinə görə sanksiyaların tətbiqini nəzərdə tutur.
Dəyişikliklərə əsasaən, cinayət nəticəsində vurulmuş ziyanın üç mislindən dörd mislinədək miqdarda cərimə edilməklə 3 ilədək müddətə müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum etmə, yaxud 3 ilədək müddətə müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum edilməklə 2 ildən 4 ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.
İnzibati Xətalar Məcəlləsinədəyişikliklər dövlət satınalmalarının keçirilməsi qaydalarının pozulmasına görə maksimal cərimənin 6 mindən 8 min manatadək məbləğində olacağını nəzərdə tutur.
O cümlədən, “Dövlət satınalmaları haqqında” qanununa müvafiq dəyişikliklər qəbul olunub. **
R.Babayev