2017-ci ilin yanvar-aprel aylarında “Şahdəniz” yatağının işlənməsi üzrə “Mərhələ-1” çərçivəsində 2 mlrd. 554,6 mln. kubmetr Azərbaycan qazı ixrac edilib ki, bu da ötən ilin müvafiq dövrünün göstəricisindən 1,5% çoxdur. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə Dövlət Statistika Komitəsindən məlumat verilib.
Qeyd olunan dövrdə Azərbaycanın magistral qaz kəmərləri ilə nəql edilən qazın 31,8%-i “Şahdəniz” yatağından hasil edilən qazın payına düşüb.
Ümumilikdə bu ilin yanvar-aprel aylarında Azərbaycanın magistral qaz kəmərləri ilə 8 mlrd. 36,2 mln. kubmetr qaz nəql edilib ki, bu da 2016-cı ilin müvafiq dövrünün göstəricisindən 9,6% çoxdur.
2016-cı ildə “Şahdəniz” yatağıın işlənməsi üzrə “Mərhələ-1” çərçivəsində 7 mlrd. 145,1 mln. kubmetr Azərbaycan qazı ixrac edilib.*
N.Abbasova