2017-ci ilin yanvar-aprel ayları ərzində Azərbaycanın dövlət büdcəsinin kəsiri 368,1 mln. manat və ya ÜDM-in 1,8%-ni təşkil edib. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə Maliyyə Nazirliyindən məlumat verilir.
Maliyyə Nazirliyinin operativ məlumatlarına əsasən, yanvar-aprel aylarında dövlət büdcəsinin gəlirləri 5 mlrd. 21,9 mln. manat, xərcləri 5 mlrd. 390 mln. manat təşkil edib.
Bununla yanaşı, cari ilin yanvar-aprel aylarında dövlət büdcəsinin gəlirləri ötən ilin aanaloji dövrü ilə müqayisədə 6,5%, xərcləri 34,8% artıb.
2017-cı ildə dövlət büdcəsinin gəlirləri 16 mlrd. 255 mln. manat, xərcləri 16 mlrd. 900 mln. manat səviyyəsində təsdiq olunub. Dövlət büdcəsinin kəsiri 645 mln. manat və ya ÜDM-in 1,059%-i səviyyəsində proqnozlaşdırılır.**
A.Axundov