“Azər Türk Bank” 2017-ci ilin yanvar-aprel aylarında 663,7 mln. manat məbləğində pul köçürmələri həyata keçirib. Bu barədə bankın məlumatında deyilir.
“Cari ilin dörd ayı ərzində “Azər Türk Bank” tərəfindən pul köçürmələri sistemləri vasitəsilə 73 min 628 əməliyyat yerinə yetirilib. Müxtəlif valyutalarda daxil olan və göndərilən bu köçürmələrin məbləği 663,7 mln. manat ekvivalentindədir”, - deyə məlumatda bildirilir.
Bankın dünyanın aparıcı maliyyə-kredit təşkilatları, o cümlədən “Citibank” (ABŞ), “Raiffeisenbank AG” (Avstriya), “Commerzbank AG” (Almaniya), “T.C.Ziraat Bankası A.Ş.” (Türkiyə) kimi iri banklarla müxbir əlaqələri mövcuddur.*
A.Axundov