2017-ci ilin əvvəlindən Azərbaycanda Sahibkarlığa Kömək Milli Fondu (SKMF) müvəkil kredit təşkilatları vasitəsilə sahibkarlara 31,7 mln. manat ümumi məbləğdə güzəştli kredit verilib. Bu barədə İqtisadiyyat Nazirliyindən məlumat verilir.
“Cari ilin əvvəlindən fondun vəsaiti hesabına 320-ə yaxın investisiya layihəsi maliyyələşdirilib. Həmin layihələrin reallaşdırılması hesabına 900-dən artıq yeni iş yeri açılıb”, - deyə məlumatda deyilir.
SKMF 1992-ci ildə yaradılıb. Sahibkarlara kreditlərin verilməsi 50-dən artıq bank və bank olmayan kredit təşkilatı vasitəsi ilə həyata keçirilir. 2016-cı ildə fondun xətti ilə sahibkarlara 190 mln. manat məbləğində güzəştli kredit verilib. 2017-ci ildə bu məbləğ 150 mln. manat təşkil edəcək.**
A.Axundov