SOCAR “Neft Daşları” yatağındakı quyunu qazmadan sonra istismara verib. Bu barədə şirkətin saytında məlumat verilir.
2668 nömrəli quyu 602A nömrəli stasionar dəniz özülündən qazılıb.
Kompleks Qazma İşləri Tresti tərəfindən qirməki altı lay dəstəsinə qazılan quyu 1536-1532 metr intervaldan sutkalıq 12 ton neft və 1000 kubmetr qaz hasilatı ilə istismar fonduna qəbul edilib.
Quyu “Azneft” İstehsalat Birliyinin “Neft Daşları” Neft və Qazçıxarma İdarəsinin sifarişi ilə qazılıb.*
N.Abbasova