Azərbaycan idmançıları 6 gün ərzində "Baku-2017": IV İslam Həmrəyliyi Oyunlarında 166 medal qazanıblar.
İdmançılarımızın aktivində 59 qızıl, 33 gümüş və 24 bürünc medal var.
Mayın 18-də Azərbaycan idmançıları 9-u qızıl, 4-ü gümüş, 4-ü isə bürünc olmaqla 17 medal qazanıblar.
6 günün nəticələrinə görə Azərbaycan yığması ümumi komanda hesabında ikinci yerdədir.
1-ci yerdə aktivində 155 medalla (60-52-43) Türkiyə yığması, 3-cü yerdə isə 67 medalla (16-22-29) İran yığması qərarlaşıb.
Ümumilikdə Oyunların ilk 6 günü ərzində 34 ölkənin idmançıları medal qazanıblar.**
F.İsazadə