Aramsız yağan yağışlar Hacıqabulun dağ kəndlərində ciddi fəsadlar törədib. Bu barədə APA agentliyi xəbər verir.
Məlumata görə, yağan yağışlar Pirsaat çayının məcrasından çıxmasına səbəb olub və nəticədə nar bağları, şəxsi təsərrüfatlarda əkin sahələri su altında qalıb. Təbii fəlakətdən daha çox Qubalı və Tava kəndləri ziyan görüb. Qubalı kəndində 15-dən çox fərdi yaşayış evinə və təsərrüfatlara ciddi ziyan dəyib, həyətyanı sahələri su basıb.
Bundan başqa, kəndlə rayon mərkəzini birləşdirən avtomobil körpüsü qəzalı vəziyyətə düşdüyündən kəndlə müvəqqəti əlaqə kəsilib. Rayon Fövqəladə Hallar Komissiyası tərəfindən bu gün qəzalı körpü bərpa edilib.
Təbii fəlakətin aradan qaldırılması və vətəndaşlara dəyən ziyanın miqyasını müəyyən etmək üçün xüsusi komissiya yaradılıb.*
F.İsazadə