“PAŞA Həyat Sığorta” şirkəti “kredit götürən şəxslərin həyat sığortası” növü üzrə 26,817 min manat məbləğində kredit borcunu ödəyib. Bu barədə şirkətdən məlumat verilib.
“PAŞA Həyat Sığorta” şirkəti ilə sığorta olunan şəxs arasında bağlanmış sığorta müqaviləsinin müvafiq bəndinə əsasən, müştərinin səhhətində yaranmış xəstəlik onun əmək qabiliyyətini itirməsi ilə bağlı 26,817 min manat məbləğində kredit borcunu kommersiya banklarının birinə ödəyib.
Şirkət tərəfindən cari ilin əvvəlindən indiyədək ipoteka krediti ilə bağlı 8 sığorta hadisəsinə görə ümumilikdə 188,876 min manat həcmində sığorta ödənişi həyata keçirilib. **
A.Axundov