Rumıniyada “SOCAR” brendi ilə növbəti yanacaqdoldurma məntəqəsi (YDM) istifadəyə verilib. Bu barədə SOCAR-ın rəsmi saytında məlumat verilir.
“YDM Buxarestin mərkəzində istifadəyə verilib. Beləliklə, yeni istifadəyə verilən yanacaqdoldurma məntəqəsi ilə Rumıniyada “SOCAR” brendi altında fəaliyyət göstərən YDM-lərin sayı 36-ya çatıb”, - deyə məlumatda bildirilir.
YDM-də NANO 95 və NANO 98 (benzin), NANO Dizel və NANO Super Dizel tipli yanacaq məhsullarının satışı həyata keçirilir.
SOCAR Rumıniyanın artıq 17 rayonunda yanacaqdoldurma məntəqələrinə malikdir.*
N.Abbasova