Prezident İlham Əliyev və Abu Dabinin Vəliəhdi, Birləşmiş Ərəb Əmirliklərinin Silahlı Qüvvələrinin Ali Baş Komandanının müavini Şeyx Məhəmməd Bin Zayed Əl Nəhyan ikitərəfli əməkdaşlıq əlaqələrinin inkişafı ilə bağlı məsələləri müzakirə ediblər. Bu barədə dövlət başçısının saytında məlumat verilir.
Görüş Abu-Dabidə baş tutub.
Söhbət zamanı sərmayə qoyuluşu, enerji sahəsi, Azərbaycanda yaradılan azad ticarət zonasında Birləşmiş Ərəb Əmirliklərinin iştirakı, neft-kimya, nəqliyyat, turizm, kənd təsərrüfatı, səhiyyə sahələrində əməkdaşlıq üçün yaxşı perspektivlərin olduğu bildirilib və bu məsələlər ətrafında fikir mübadiləsi aparılıb.
Bundan əlavə, Birləşmiş Ərəb Əmirliklərindən Azərbaycana gələn turistlərin və ölkələrimiz arasında hava uçuşlarının sayının artması məmnunluqla qeyd edilib.*
A.Əzizov