2014-2016-cı illərdə Azərbaycanın valyuta ehtiyatları 27% - 1 yanvar 2017-ci il tarixinə $37 mlrd. 121,4 mln. azalıb. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə Hesablama Palatasından məlumat verilib.
“31 dekabr 2014-cü il tarixinə Azərbaycanın valyuta ehtiyatları $50 mlrd. 862,4 mln., 31 dekabr 2015-ci il tarixinə - $38 mlrd. 590,8 mln. , 31 dekabr 2016-cı il tarixinə - $37 mlrd. 121,4 mln. təşkil edib. Bununla belə, ötən il valyuta ehtiyatları 3,8% azalıb”, - deyə Palatadan bildiriblər.
2014-2016-cı ilə ərzində AMB-nin ehtiyatları 3,5 dəfə - $3 mlrd. 974.4 mln.-a qədər, ARDNF-nin aktivləri 11,9% - $33 mlrd. 147 mln.-a qədər azalıb. **
A.Əzizov