2016-cı ildəPSA tipli müqavilələr çərçivəsində fəaliyyət göstərən neft-qaz şirkətləri tərəfindən dövlət büdcəsinə mənfəət vergisi üzrə daxiolmalar 357 mln. 640,1 min manat təşkil edib. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə hökumətdən məlumat verilib.
2016-cı il dövlət büdcəsində Azərbaycanda PSA tipli müqavilələr çərçivəsində fəaliyyət göstərən neft-qaz şirkətlərindən mənfəət vergisi üzrə ödənişlər 370 mln. manat həcmində nəzərdə tutulurdu.
“Ötən il PSA tipli müqavilələr çərçivəsində fəaliyyət göstərən neft-qaz şirkətləri tərəfindən dövlət büdcəsinə mənfəət vergisi üzrə daxiolmalar 357 mln. 640,1 min manat təşkil edib. Plan tapşırığı 96,7% icra olunub. 2015-ci illə müqayisədə bu şirkətlər üzrə dövlət büdcəsinə mənfəət vergisi üzrə daxiolmaların həcmi 47,4% azalıb”, - deyə hökumətdən qeyd ediblər.
Azərbaycanda PSA tipli müqavilələr çərçivəsində fəaliyyət göstərən neft-qaz şirkətləri ildə 4 dəfə - yanvar, aprel, iyul və oktyabr aylarında mənfəət vergisi ödəyirlər. Dövlət büdcəsinə mənfəət vergisi üzrə faktiki ödənişlər dünya bazarlarında neftin faktiki qiyməti əsasında həyata keçirilir.
Azərbaycan müstəqillik qazandıqdan sonra neft-qaz yataqlarının işlənməsi haqqında 30-dan artıq PSA tipli müqavilə imzalayıb. **
A.Əzizov