2017-ci ilin I rübündə Azərbycanda əmtəəlik təbii qaz ehtiyatlarının həcmi 6 mlrd. 762,3 mln. kubmetr təşkil edib. Bu barədə Dövlət Statistika Komitəsinin məlumatında deyilir.
“Ehtiyatların 69,8 faizi hasilatın, 25,4 faizi qalığın, 4,8 faizi isə idxalın hesabına formalaşıb.
2017-ci ilin yanvar-mart aylarında 2 mlrd. 357,2 mln. kubmetr və ya 2016-cı ilin müvafiq dövrü ilə müqayisədə 2,0 faiz çox təbii qaz ixrac edilib.
Təbii qazın 47,0 faizi istehlak, 34,9 faizi ixrac olunub, 6,4 faizi itkiyə gedib, 11,7 faizi isə aprel ayının əvvəlinə ehtiyat kimi qalıb.
Əhali tərəfindən 1 mlrd. 278,3 mln. kubmetr və ya əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 1,8 faiz çox təbii qaz istehlak edilib, onun 33,4 faizi Bakı şəhərinin, qalanı digər bölgələrin payına düşüb.*
N.Abbasova