Azərbaycan müdafiə naziri general-polkovnik Zakir Həsənov Gürcüstanın müdafiə naziri Levan İzoria ilə hərbi sahədə əməkdaşlıq məsələlərini müzakirə edib.
“Mayın 22-də Z.Həsənov Tbilisidə Levan İzoria ilə görüşüb”, - deyə nazirliyin məlumatında deyilir.
Görüşdə ölkələr arasında hərbi, hərbi təhsil, hərbi tibb sahələrində əməkdaşlığın perspektivləri və qarşılıqlı maraq doğuran digər məsələlər barədə ətraflı fikir mübadiləsi aparılıb.
“Tərəflər regiondakı hərbi-siyasi vəziyyətə toxunan tərəflər bölgədə sabitliyin təmin olunmasının əhəmiyyətini vurğulayaraq bu formatda münasibətlərin iki ölkənin təhlükəsizliyinə və inkişafına töhfə verəcəyini xüsusi qeyd ediblər”, - deyə məlumatda qeyd olunur. **
A.Əzizov