İyunun ortalarında Bakıda etnik musiqi konserti keçiriləcək. Bu barədə Rumıniyanın Azərbaycandakı səfiri Dan Yanku məlumat verib.
"İyunun 17-də Beynəlxalq Muğam Mərkəzində iki ölkə arasında diplomatik münasibətlərin qurulmasının 25 illiyinə həsr olunmuş konsert keçiriləcək", - deyə o, bu gün Bakıda keçirdiyi brifinqdə bildirib.
Diplomatın sözlərinə görə, konsertdə iki rumın musiqiçi – Daniel Pop (nəfəsli alətlər) və Doina Lavrik (simli alətləri) çıxış edəcək.*
F.İsazadə