Gürcüstanın baş naziri Giorgi Kvirikaşvili Azərbaycanın müdafiə naziri general-polkovnik Zakir Həsənovla görüş zamanı terrorizmə və separatizmə qarşı ikitərəfli hərbi əməkdaşlığı inkişaf etdirməyin zəruriliyini qeyd edirlər.
Müdafiə Nazirliyinin məlumatına görə, Tbilisiyə səfər çərçivəsində Gürcüstanın baş naziri Z.Həsənovu qəbul edib.
“Azərbaycan-Gürcüstan münasibətlərinin dostluq, qarşılıqlı etimad üzərində qurulduğunun bildirildiyi görüşdə dövlət başçılarının mütəmadi işgüzar görüşləri və səfərlərinin əlaqələrimizin daha da güclənməsinə təkan verdiyi xüsusi qeyd olunub. Tərəflər qarşılıqlı maraqlara cavab verən bu münasibətlərin regionda sülhün, sabitliyin və təhlükəsizliyin təmin edilməsinə xidmət etdiyini bildiriblər”, - deyə məlumatda deyilir.
Görüşdə həmçinin “Azərbaycan və Gürcüstanın terrorizmə və separatizmə qarşı mübarizə aparan ölkələr olaraq hərbi əməkdaşlığın inkişaf etdirilməsinin və bu məsələlərdə qarşılıqlı dəstəyin vacib olduğu bir daha vurğulanıb”. **
A.Əzizov