Bakı Avropa Parlamentində Ermənistanla Sülh Platforması yaratmağa hazırdır. Bunu Milli Məclisinin Beynəlxalq münasibətlər və parlamentlərarasıəlaqələr komitəsinin sədriSəməd Seyidov bildirib.
“Biz Ermənistan-Azərbaycan arasında Sülh Platformasının Avropa Parlamentində və digər beynəlxalq təşkilatlarda həyata keçirilməsinin tərəfdarıyıq. Biz həm Avropa Parlamentinin tiribunası, həm Bakıda strukturun nümayəndə heyəti ilə görüşlərdə, həm də digər beynəlxalq təşkilatlarınj tribunalarından bu barədə danışmağa hazırıq”, - deyə S.Seyidov bu gün Bakıda Avropa Parlamentinin nümayəöndə heyəti ilə birgə brifinqdə çıxışı zamanı bəyan edib.
Deputat qeyd edib ki, Bakı danışıqlara hazırdır, lakin hər şey Ermənistan tərəfinin hazırlığından asılıdır.
S.Seyidov əmindir ki, Azərbaycan və Avropanın parlamemtləri arasında azad və sərbəst münasibətlər Bakı və Brüssel arasında qanunvericilik orqanları arasında əlaqələrin inkişafına şərait yaradır və Dağlıq Qarabağ münaqişəsi ilə bağlıhəqiqətlərin Avropa ictimaiyyətinə çatdırılmasında böyük rol oynayacaq. **
F.İsazadə