Azərbaycan prezidenti İlham Əliyev mayın 23-də “Bakı-2017” IV İslam Həmrəyliyi Oyunlarında qalib gəlmiş idmançılarımız, onların məşqçiləri və Azərbaycanın idman ictimaiyyətinin nümayəndələri ilə görüş keçirib. Bu barədə dövlət başçısının saytında məlumat verilir.
Görüşdə birinci xanım, “Bakı-2017” IV İslam Həmrəyliyi Oyunları Təşkilat Komitəsinin sədri Mehriban Əliyeva iştirak edib.
12 may tarixində Bakıda IV İslam Həmrəyliyi Oyunları start götürüb və mayın 22 -də başa çatıb. Yarışlar 16 idman obyektində 21 idman növü üzrə keçirilir. Onların 18-i Olimpiya, 3-ü isə qeyri-Olimpiya idman növüdür. IV İslam Həmrəyliyi Oyunlarında 269-u qızıl, 267-si gümüş və 350-si bürünc olmaqla 269 komplekt medal uğrunda mübarizə aparıb.
10 gün davam edən yarışlarda Azərbaycan yığması 75 qızıl, 50 gümüş və 37 bürünc olmaqla, 162 medal qazanaraq İslamiadanın lideri olub. **
F.İsazadə