Azərbaycan, Rusiya, Fransa və Yaponiya “Exposition Universelle 2025” sərgisinənamizədliklərini irəli sürüb. Bu barədə Fransa mətbuatı Beynəlxalq Sərgilər Bürosuna (BİE) istinadən xəbər verir.
Sərgini keçirmək üçün namizəd şəhərlər Bakı, Paris, Yekaterinburq və Osakadır.
Qalib 2018-ci ilin noyabrında BİE-nin 164-cü Baş Assambleyasında 170 üzv dövlətin səsverməsi ilə müəyyənləşəcək.
Sərginin 2 may-2 noyabr 2025-ci il tarixlərində keçiriləcəyi gözlənilir.
“Exposition Universelle” sərgisi hər 5 ildən bir təşkil olunur. Sonuncu “Exposition Universelle” 2015-ci ildə Milanda (İtaliya) təşkil olunub. Növbəti sərgi 2020-2021-ci illərdə Dubayda keçiriləcək.*
A.Əzizov